Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısının növbədənkənar qəbulu keçirilmişdir

21 noyabr 2014 | 11:00

21 noyabr  2014-cü il tarixdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov növbədənkənar qəbul keçirmişdir. Qəbulda bir neçə rayon sakini , o cümlədən, şikayətçi Əhmədova Svetlana Novruz qızı iştirak etmişlər. Vətəndaş  Əhmədova Svetlana “Ağ şəhər” layihəsi çərçivəsində vətəndaşların köçürülməsi ilə əlaqədar onlara göstərilən diqqət və qayğı üçün minnətdarlıq etmiş, lakin ona ayrılan kompensasiyanın azlığından  narazı olduğunu bildirmişdir. Müraciətlər başçının müavinlərinin və şöbə müdirlərinin iştirakı ilə dinlənilmiş, sonda cənab Razim Məmmədov  bir daha bildirmişdir ki, şikayətçi Əhmədova Svetlanaya mümkün köməkliklər göstərilmiş və onun kompensasiya ilə bağlı müraciətinə   mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq baxılmışdır.

Keçidlər