Şriftin ölçüsü :

Saytın rəngi :

29-30 noyabr tarixlərində Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsullarının satlşı yarmarkası keçirilir

29 noyabr 2014 | 11:00

29-30 noyabr 2014-cü il tarixlərdə Xətai rayonunda Ukrayna dairəsi yaxınlığında M.Hadi küçəsində 200 metrdən artıq uzunluqda xüsusi sökülüb quraşdırılan çadırda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilir. Yarmarkaya Quba, Şəmkir, Biləsuvar, Salyan, Qax, Kürdəmir, Astara və digər rayonlardan   müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.        Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şərait yaradılması üçün tədbirlər görülmüşdür. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə məhsulların qiymətlərinin  bazardakı qiymətlərlə müqayisəsi göstərilmişdir.
      Fəaliyyət göstərən yarmarkaların məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək, bazarlarda mövcud qiymətlərin sabit saxlanmasıdır.

Keçidlər