Xətai rayonunda 56 saylı məktəbdə vətənpərvərlik mövzusunda tədbir keçirildi.
28.11.2014-cü il tarixdə Xətai rayonunda yerləşən 56 saylı məktəbdə Hərbi vətənpərlik mövzusunda tədbir keçirildi. Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Qəhrəmanlar unudulmur” mövzusunda keçirilən tədbirdə rayonda fəaliyyət göstərən hərbi təhsil müəsisələrinin kollektivləri, QHT nümayəndələri, rayon veteranları iştirak edirdilər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, əsas məqsəd gənc nəslə hərbi vətənpərvərlik tərbiyyəsini aşılamaq, həmçinin məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir. Qeyd olundu ki, bu istiqamətində rayon icra hakimiyyəti tərəfindən mühüm işlər görülür. Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlər təşkil edilir, “Cəsurlar” və “Şahinlər” hərbi idman oyunları və yazı inşa müsabiqələri keçirilir. Hazırda rayon ərazisində bir sıra hərbi təhsil müəsisələri, o cümlədən, Heydər Əliyev adına Ali Hərbi Məktəb, Cəmşid
Naxçıvanski adına hərbi lisey fəaliyyət göstərir.
Digər çıxışçılar isə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruçuluğu sahəsində həyata keçirilən islahatlardan, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdılar. Vurğulandı ki, ordumuzun gücləndirilməsi,şəhid ailələrinin, hərbi xidmətdə çalışanların həyat şəraitinin yüksəldilməsi dövlətin əsas prinsiplərindən biridir. Qeyd olundu ki, bu gün ölkədə Silahlı Qüvvələrinin maddi-texniki bazası möhkəmləndirilib, bütün hərbi hissələr müasir hərbi texnika ilə təchiz edilib, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordu yaradılıb.
Daha sonra vətənpərvərlik ruhunda olan sənədli film nümayiş olundu. Tədbir şagirdlərin ifasında ədəbi-bədii kampazisiyanın nümayişi ilə davam etdirildi.