Şriftin ölçüsü :

Saytın rəngi :

“Yanğın profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” mövzusunda müşavirə keçirilib.

02 dekabr 2014 | 11:00

2 dekabr 2014-cü ildə Xətai Rayon İcra Hakimiyyətində “Yanğın profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış
vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə
orqanlarının” rolu mövzusunda müşavirə keçirilib. Rayon icra hakimiyyəti və
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə  keçirilən tədbir əhalinin maarifləndirməsi işinə xidmət edir.
     Tədbirin keçirilməsində əsas məqsəd əhalini bu istiqamətdə marifləndirmək, onlara baş verəcək yangın və qazsızma hadisələri zamanı  düzgün təxliyə olunması qaydalarının öyrədilməsidir. 
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısının birinci müavini Rafiq Quliyev bildirdi ki, qış mövsümünün başlanması ilə əlaqədar yaşayış evlərinin, təhsil, səhiyyə və digər sosial yönümlü obyektlərin fasiləsiz qaz, elektrik enerjisi və istiliklə təmin olunması üçün aidiyyəti qurumlar tərəfindən xeyli işlər görülüb. Belə işlərin görülməsində insanların təhlükəsizliyinin təmin olunması önəmli məsələlərdəndir. Bu baxımdan yarana biləcək hər hansı hadisənin qarşısını almaq məqsədilə rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Rayon ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında, dövlət müəsisələrində, yaşayış ərazilərində maarifləndirmə işləri aparılır və əhaliyə bukletlər paylanılıb.
      Bakı Regional Mərkəzin rəis müavini Talə Şamsıyev çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Vurğuladı ki, artıq paytaxtın bütün rayonlarında “Yanğın təhlükəsizliyi” mövzusunda müşavirələr keçirilib. Belə tədbirlərin keçirilməsi ölkə ərazisində insan ölümü ilə nəticələnən yanğınların qarşısının alınmasında və maarifləndirmə işində mühüm rol oynayır. Qurum rəsmisi yanğının baş vermə səbəbləri barədə də məlumat verdi. Dedi ki, əhalinin yanğın təhlükəsizlik qaydalarına riayət etməməsi, yaşayış binalarının tüstü bacalarının   vaxtinda təmizlənməməsi, elektrik, qaz, istilik sistemlərində baş vermiş nasazlıqların aradan qaldırılmaması, qeyri-standart və nasaz qızdırıcı avandanlıqlardan isitifadə edilməsi yanğına səbən olan amillərdir.
     Daha sonra “Yanğına səbəb olan amillər və onlardan qorunma yolları”, “Fövqəladə hadisə zamanı fəlakət zonalarından əhalinin düzgün təxliyə olunması qaydaları” mövzusunda məruzələr dinlənildi.
      Tədbirin sonunda  Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

Keçidlər