Şriftin ölçüsü :

Saytın rəngi :

3 Dekabr-Əlillər günü Xətai rayonunda da qeyd edilib.

03 dekabr 2014 | 11:00

3 dekabr-Əlillər günü Xətai rayonunda rayon İcra hakimiyətinin təşəbbüsü ilə Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi,  20 Yanvar   əlillərinin,  tənha və kimsəsiz ahılların  iştirakı ilə qeyd edilib.
       Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva bildirib ki, bu qəbildən olan insanların sosial problemlərinin həllinə
dövlət qayğısı ildən-ilə artır. Dövlət başçısı İlham Əliyevin    diqqət və qayğısı sayəsində onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Bu cür tədbirlərin keçiriləməsində əsas məqsəd isə fiziki imkanları məhdud olan insanlara diqqət və qayğı göstərmək, onları cəmiyyətə inteqrasiya etməkdir. Qeyd olunub ki, hazırda 270 min əhalisi olan rayonda 13 mindən çox fiziki qüsurlu vətəndaş yaşayır. Onların arasında 6 mini müharibə əlili, 800 nəfər anadangəlmə fiziki qusurlu uşaqlar, 330 nəfəri isə ahıl və digər qrup əlillərdir.
        Digər çıxışçılar əlillərin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və görülən işlərdən danışıblar.
       Sonra incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub. Tədbir rayon mədəniyyən evinin kollektivinin ifasında milli rəqslərin nümayişi ilə davam etdirilib.

Keçidlər