Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli liderin anım günü 260 saylı məktəbdə qeyd olundu.

05 dekabr 2014 | 11:00

Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Xətai rayonunun 260 saylı orta məktəbində  tədbir keçirilib.
      Tədbir iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar.  Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışdı. Bildirdi ki, məhz dahi şəxsiyyətin qətiyyəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olundu, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edildi. Ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldı. Ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsi məhz Heydər Əliyev  əməyinin nəticəsidir. Əsası ulu öndər tərəfindən qoyulan  siyasət   bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qeyd olundu ki, rayonun təhsil müəsisələrində ulu öndərin irsi öyrənilir və bununla bağlı rayon icra hakimiyyəti tərəfindən müxtəlif səpkili tədbirlər keçirilir.
       Digər çıxış edənlər bildirdilər ki, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb.             Daha sonra  məktəblilərin ifasında ədəbi- bədii kampazisiya nümayiş olundu. Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film göstərildi.

Keçidlər