Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

08 dekabr 2014 | 11:00

Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı 4 saylı uşaq poliklinikasında    tədbir keçirilib.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışdı. Bildirdi ki, məhz, dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olundu, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edildi.  Ulu öndərin hakimiyyəti dövründə respublikamız ictimai, siyasi, iqtisadi,mədəni,mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazandı. Natiq qeyd etdi ki, Ulu öndər
bütün sahələrdə olduğu kimi, Azərbaycanın səhiyyə sahəsini, tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. Böyük rəhbər ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbacana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Bununla da respublikamızın səhiyyə sahəsində mövcud olan durğunluğun aradan götürülməsinə səy göstərilirdi. Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən, tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq miqyasa çıxmalarına əlverişli şərait yaradırdı. Əsası ulu öndər tərəfindən qoyulan    siyasət isə bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
      Səhiyyə ocağının baş həkimi Zəminə Qaraxanlı və digər tibb işçiləri çıxışlarında  bildirdilər ki, bütün varlığı ilə vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev dövlət xadimi kimi uzun illər boyu Azərbaycan
xalqına yol göstərəcək və onun qəlbində əbədi qalacaqdır.

Keçidlər