Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı qəzalı binanın sakinlərindən bir qrupunu qəbul etmişdir.

11 dekabr 2014 | 11:00

11 dekabr 2014-cü il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov növbəti dəfə Cavanşir küçəsi 8 ünvandakı qəzalı binadan köçürülmə zamanı verilən konpensasiyadan narazı olan bir qrup sakini  qəbul etdi.
       Sakinlər bildirdilər ki, eyni otaqda qalmalarına baxmayaraq onların bir-birləri ilə qohumluq əlaqəsi yoxdur. Ona görə də hər birinə ayrılıqda konpensasiya verilməsini istəyirlər.
      Görüş zamanı sakinlərə bir daha bildirildi ki, Azərbaycan Respublikası Baş Nazirinin 14 avqust 2014-cü il tarixli Sərəncamına əsasən, həmin binanın  istismara yararsız olduğu nəzərə alınaraq, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə həmin binada yaşayan 113 ailənin köçürülməsi üçün   ailələrə dövlət vəsaiti hesabına maddi yardım ödənilməsi təmin edilməlidir. Bununla əlaqədar həyata keçirilən tədbirlər nəticəsində artıq 100 ailəyə maddi yardım verilmiş və həmin ailələrin köçürülməsi təmin edilmişdi.
       Vətəndaşların narazılığı və qaldırdıqları məsələlərlə əlaqədar  Nazirlər Kabinetinə məktub hazırlanması tapşırıldı.

Keçidlər