Xətai rayonunda Ulu Öndərin anım günü ilə bağlı ehsan süfrələri təşkil olunub.
12 dekabr 2014 | 11:00
12 dekabr 2014-cü il tarixdə rayon İcra Hakimiyyəti tərəfindən Ulu Öndərin anım günü ilə bağlı ehsan süfrələri açılıb. Ehsan süfrələri Sadıqcan küçəsində "Bakı" kafesinin yanında və M.Hadi küçəsində H.Aslanov metrosunun yaxınlığında təşkil olunub. Rayon sakinlərinin, ağsaqqallarının iştirak etdiyi mərasimlərdə Ulu Öndərin əziz xatirəsi anılıb və onun ruhuna dualar oxunub.