Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda salınacaq Yapon bağının layihəsi müzakirə edildi.

16 dekabr 2014 | 11:00

Ölkəmizdə səfərdə olan Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış “KOSUQİ” şirkətinin rəhbəri Saki Kosuqinin başçılıq etdiyi nümayəndə heyəti növbəti dəfə Xətai rayon icra hakimiyyətində olmuşdur.
        Görüşdə çıxış edən Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov  yapon nümayəndə heyətinin təqdim etdiyi layihə ilə tanış olmuşdur. Onlara bu parkın salınması üçün rayondakı Heydər parkının ərazisində yer seçdikləri üçün təşəkkürünü bildirmişdir.  Yapon nümayəndə heyəti isə öz növbəsində bildirdi ki, Xətai rayonunda yerləşən və Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan  Heydər parkı öz gözəlliyi və əhalinin daha çox üstünlük verdiyi istirahət məkanı olması baxımından diqqəti cəlb etmiş və əhalinin   sıx yaşadığı rayon olması bu qərarın verilməsinə səbəb olmuşdur.
       Görüşdə bir sıra təşkilatı məsələlər müzakirə olundu və qərara alındı ki,  layihənin bəzi detalları mütəxəssislər tərəfindən bir daha müzakirə edildikdən sonra tez   zamanda işə başlanılsın.

Keçidlər