Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda məktəblilər arasında "Milli Nağıl müsabiqəsi keçirilmişdir.

17 dekabr 2014 | 11:00

Yetişməkdə olan gələcək nəsil arasında xalq sənətinə və qədim eposa olan məhəbbətin artırılması, həmçinin də şifahi xalq yaradıcılığını təbliğ etmək məqsədilə 17 dekabr  2014-cü il tariхdə 254 №-li  tam orta məktəbin akt zalında “Milli Nağıl ” müsabiqəsi kеçirilmişdir. Müsabiqədə 15 məktəbin ibtidai sinif şagirdləri iştirak etmişdirlər. Müsabiqənin keçirilməsində məqsəd uşaqları nağıl aləminə səyahətə aparmaq, onların intellektual səviyyəsini artırmaq, estetik zövqlərini inkişaf etdirmək və istedadlı uşaqları müəyyən etməkdən ibarətdir. ədbirdə məktəbin şagirdləri bir-birindən maraqlı, rəngarəng şeir və nağıllar səsləndirməklə öz istedad və bacarıqlarını nümayiş etdirdilər.Yarışda I-yeri 287 №li Zəkalar liseyin, II-yeri Humanitar Fənlər Təmayüllü məktəb-liseyin və 191 №li tam orta məktəbin, III-yeri isə 48, 98,116 №li tam orta məktəbin şagirdləri tutmuşdurlar. Yarışın qalibləri Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla  təltif olunmuşdurlar.

Keçidlər