Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda növbəti ümumrayon iməcliyi keçirilmişdir.

22 dekabr 2014 | 11:00

Xətai rayonu ərazisində 19 dekabr  2014-cü ildə  ümumrayon iməciliyi keçirilmişdir. Təmizlik və abadlaşdırma işləri bu dəfə İnqilab İsmayılov , M.Hadi, G.Mehmandarov küçələrində aparılmışdır.
İməcilikdə vətəndaşlar tərəfindən qeyri-qanuni zəbt edilmiş yaşıllıq zonalarının çəpərləri  sökülərək, məişət tullantılarından təmizlənmiş, ağacların budaqları budanmış, qeyri-qanuni tikililər sökülmüşdür.
Həmin ərazilərdə  sakinlərin asudə vaxtını və istirahətini təmin etmək üçün abadlıq işlərinə başlanılmışdır. Həmçinin, insanların  maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə yol kənarında olan yararsız səkilər bərpa olunmuşdur.
İməcilik və ağacəkmə kampaniyası bir sıra sənaye,  təhsil, səhiyyə və mədəniyyət ocaqlarının ərazilərində də aparılmışdır.

Keçidlər