19 dekabr 2014-cü il tariхdə yuxarı sinif şagirdləri arasında “ Nə? Harada? Nə zaman? ” adlı intellektual oyunu kеçirilmişdir
Xətai rayonunda rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə məktəblilərin dünyagörüşünü və intellektual səviyyəsinin qaldırılması məqsədilə keçirilən tədbirlər çərçivəsində 19 dekabr 2014-cü il tariхdə yuxarı sinif şagirdləri arasında “ Nə? Harada? Nə zaman? ” adlı intellektual oyunu kеçirilmişdir. Tədbir 254 №-li tam orta məktəbin akt zalında baş tutmuşdur.
Müsabiqəyə rayonun 32 məktəbinin komandası qatılmışdır. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaqla yanaşı istedadlı şagirdlərin müəyyən edilməsindən ibarətdir.
İntellekt yarışmasının qalibi 261 №li tam orta məktəbin komandası olmuşdur. İkinci yeri 287 №li Zəkalar liseyin və üçüncü yeri isə 257 №li tam orta məktəbin komandaları tutmuşlar.
Hər üç qalib komanda Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.