“Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisi və Azərbaycan xalqının əbədi lideridir”
30.10.2012-ci il tarixdə Heydər Əliyev adına liseydə Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə YAP Xətai rayon təşkilatının təşkilatçılığı ilə rayon məktəbliləri arasında “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisi və Azərbaycan xalqının əbədi lideridir” mövzusunda inşa yazı müsabiqəsinin yekun turu keçirilmişdir.Tədbirdən öncə iştirakçılar liseyin qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi düzdülər. Tədbirdə çıxış edən natiqlər Ümummilli lider Heydər Əliyevin xalqımızın ictimai-siyasi həyatında,dövlətçilik tarixində misilsiz xidmətlərindən söhbət açdılar,əsas məqsədin müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevhaqqında gənclərimizin biliyinin artırılması olduğunu bildirdilər.Sonra inşa yazı müsabiqəsinin yekun turuna start verildi.