Şriftin ölçüsü :

Saytın rəngi :

“31 dekabr bütün dünya azərbaycanlılarını birlik və həmrəyliyə səsləyən əsl ümumxalq bayramıdır!”

25 dekabr 2014 | 11:00

31 Dekabr-Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə Xətai rayonundakı  ümummilli lider Heydər Əliyevin adını daşıyan liseydə    bayram tədbiri keçirilib.
       “31 dekabr bütün dünya azərbaycanlılarını birlik və həmrəyliyə səsləyən əsl    ümumxalq   bayramıdır.” - Bu fikirlər Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə Xətai rayonundakı  Heydər Əliyev adına liseydə keçirilən bayram şənliyində səsləndi.
         Məktəb kollektivini və balacaları bayram münasibətilə təbrik edən edən rayon icra hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva bildirdi ki, artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər. Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında isə ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Vurğulandı ki, Yeni ili daha maraqlı və bu günlərdə sakinlərin rahat istirahətini təmin etmək məqsədilə rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq bütün təhsil müəssiələrində yeni il şənliklərinin keçirilməsinə başlanılıb.
      Çıxışlarda qeyd olundu ki, bu günün böyük    təntənə ilə    qeyd edilməsi dünyada yaşayan bütün soydaşlarımız üçün mənəvi ehtiyaca çevrilib.
      Tədbirdə liseyin şagirdlərinin hazırladıqları müsiqilər, şerlər, bir birindən gözəl rəqs ifaları, Şaxta baba və Qar qızın gəlişi alqışlarla qarşılanıb, balaclarda xoş ovqat yaradıb. Daha sonra balacalara rayon icra hakimiyyətinin bayram hədiyyələri paylanıb.

Keçidlər