C.Naxçıvanski adına hərbi liseydə bayram tədbiri.
Dünən 31 dekabr-Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətil Xətai rayon İcra Hakimiyyətinini təşkilatçılığı ilə C.Naxçıvanski adına hərbi liseydə tətənəli bayram tədbiri keçirilib. Tədbir iştirakçıları-Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, millət vəkili Hüseynbala Mirələmov, Hərbi liseyin rəisi general mayor Mirzə Almasov, icra başçısının müavinləri, şöbə müdirləri və digər qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin büstü qarşısına tər çiçəklər qoydular. Sonra qonaqlar liseyin tarixini əks etdirən, maraqlı eksponatlarla zəngin olan liseyin muzeyinə, kitabxanasına və kursantların asudə vaxtının səmərəli keçirilməsi üçün kompyüter zalına baxdılar. Hərbi liseyin xatirə kitabına rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov öz ürək sözlərini yazdı. Həmişə göstərdiyi diqqət və qyğıya görə başçıya liseyin xatirə hədiyyəsi təqdim olundu.
Əsgər yeməkxanası ilə tanışlıq və kursantlarla birlikdə nahar yeməyindən sonra tədbir liseyin klubunda davam etdirildi. Öncə şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Liseyin rəisi Mirzə Almasov qonaqları salamlayaraq Ulu Öndər Heydər Əliyevin yaratdığı, bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzində saxladığı bu hərbi tədris müəssisənin tarixindən danışaraq göstərdiyi hərtərəfli qayğıya görə Xətai rayon İcra Hakimiyyətin başçısı cənab Razim Məmmədova və icra aparatının kollektivinə öz minnətdarlığını bildirdi. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov öz çıxışında liseyin bütün şəxsi heyətini 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edərək bildirdi ki, bu hərbi lisey Ümummilli Liderimiz Heydər Əliyevin yaratdıqları yüzlərcə, minlərcə əsərlərdən biridir. Hələ sovetlər birliyi dövründə bu böyük insan Müstəqil Azərbəycanın parlaq gələcəyinin görürdü. O bilir di ki, nə vaxtsa Azərbaycan öz müstəqilliyinə qovuşacaq. Lakin bu müstəqilliyi qoruyub saxlamaq üçün hərbi kadr potensialı yaratmaq lazımdır. Təməli 20-ci əsrin 70-80-ci illərində qoyulmuş bu layihənin nəticəsi bu gün göz qabağındadır: Azərbaycanın müdafə Naziri, general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov və digərləri məhz bu hərbi liseyin məzunlarıdırlar. Tədbirdə çıxış edən millət vəkili Hüseynbala Mirələmov da kursantları və bütün şəxsi heyəti təbrik edərək bildirdi ki, Ulu öndər həmişə deyirdi ki, gənclər bizim gələcəyimizdir. İndi biz bunun bariz nümunəsini görürük, bu gün biz burada gəçləcəyin generalları ilə bir yerdəyik.
Sonra fərqlənən bir qrup kursanta fəxri-fərmanlar və qiymətli hədiyyələr, Hərbi Liseyə isə 10 ədəd kompyüter dəsti hədiyyə olundu. Tədbir tanınmış incəsənət ustalarının və Xətai rayon Mədəniyyət mərkəzinin “Səma” rəqs qrupunun bayram konserti ilə başa çatdı.