Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı 3 saylı uşaq evində bayram şənliyi.

26 dekabr 2014 | 11:00

31 dekabr-Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı    Xətai rayon icra hakimiyyətinin nümayəndələri rayondakı 3 saylı uşaq evinin Buzovna qəsəbəsində fəaliyyət göstərən yay istirahət düşərgəsində uşaq evinin  sakinləri ilə görüşüblər.
       Balacaları bayram münasibətilə təbrik edən edən rayon icra hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva bildirdi ki, artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər. Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında isə ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Vurğulandı ki, Yeni ili daha maraqlı və bu günlərdə sakinlərin rahat istirahətini təmin etmək məqsədilə rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq bütün təhsil müəssiələrində yeni il şənliklərinin keçirilməsinə başlanılıb.   Bayram münasibətilə  internat evinin sakinlərinin ifasında bir-birindən gözəl rəqs nümunələri, səhnəciklər nümayiş olundu. Görüşün sonunda uşaqlara hədiyyələr paylanıldı.

Keçidlər