Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar –Ümumxalq hüzn günü ilə bağlı tədbir keçirildi.

16 yanvar 2015 | 11:00

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Xətai rayonunda   bır sıra tədbirlər keçirilib.
     83 saylı Humanitar təmayüllü lisey-məktəbdə keçirilən tədbirdə iştirakçılar əvvəlcə şagirdlərin mövzuya həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxdılar. 
      Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin şöbə müdiri Kamran İsmayılov şagirdlərə faciənin tarixi barədə məlumat verdi. O bildirdi ki, bir tərəfdən kədərli, digər tərəfdən isə qəhrəmanlıq səhifəsi olan həmin gün bütün dünya  xalqımızın qəhrəmanlıgının, azadlıq ugrunda mübarizliyinin şahidi olub. Qeyd olundu ki, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiyməti yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vermək mümkün olub.
      Tədbirdə  məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunan ədəbi -bədii kampazisiya nümayiş olundu.
     20 Yanvar Faciəsinin 25-ci il dönümü 138 saylı orta məktəbdə də qeyd edildi.
     Əvvəlcə, ibtidai sinif şagirlərinə qanlı yanvar hadisələri barədə məlumat verildi. Sonra  məktəblilər hadisə zamanı şəhid olanların xatirələrinə ehtiramlarını bildirdilər.Tədbirdə çıxış edənlər qeyd etdilər ki ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kuliminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub.
    Tədbirdə qanlı yanvar hadisələrindən bəhs edən film nümayiş olundu.
    Sonda şagirdlərin faciə ilə bağlı hazırladıqları kampazisiya və  şerlər təqdim olundu.

Keçidlər