Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairə üzrə nümayəndəliyinin illik hesabat yığıncağı keçirilib.

22 yanvar 2015 | 11:00

Yığıncaqda " 2014-cü il ərzində görülən işlər və qarşıda duran vəzifələr" mövzusunda  icra başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi  üzrə nümayəndəsi Dəyanət Əzizov hesabat məruzəsi ilə çıxış edib. Müzakirələrdən sonra Xətai rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairə üzrə nümayəndəliyinin illik hesabatında çıxış edən Rayon icra hakimiyyətinin başçısının birinci müavini Rafiq Quliyev son illər rayon ərazisində görülən işlərdən danışdı. Bildiridi ki, Dövlət başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq paytaxtın Xətai rayonunun simasının gözəlləşdirilməsi istiqamətində və eləcə də aparılan abadlıq işlərində məqsədyönlü tədbirlər geniş vüsət alıb. Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik bu işlərin daha da yüksək səviyyədə həyata keçirilməsinə təkan verir. Xətai rayonun quruculuq məkanına çevrilməsinin ən mühüm səbəblərindən biri isə ölkəmizin bütün bölgələri kimi bu rayona da Prezident  İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir. Daha sonra rayonun 1 nömrəli sahə inzibati ərazi dairə üzrə nümayəndəliyinin hesabatı dinlənildi. Hesabat dövründə bir sıra ümumtəhsil məktəbləri əsaslı təmirdən sonra istifadəyə verilib. Bütün təhsil müəssisələri lazımı avadanlıqlarla təmin olunub. Rayonda həyata keçirilən irimiqyaslı layihələr sırasında Heydər Əliyev Fondunun dəstəyi və dövlət proqramı çərçivəsində yeni uşaq baxçalarının inşası, mövcud binaların isə əsaslı təmiri mühüm yer tutur. 2014-2016 cı illər üçün Dövlət praqramına əsasən 223; 205; 316; 202; 236  saylı məktəbə qədər təhsil müəssələri müasir şəkildə yenidən qurularaq balacaların ixtiyarına verilib. Rayon 7 saylı poliklinika da müasir uslubda tikilib və ən son tibbi cihazlarla təhciz edilib. Həmçinin rayon ərazisində yenidən qurmadan sonra  “Şəhidlərin abidə kompleksi” istifadəyə verilib. Rayonun Neapol dairəsində yerləşən parkda aparılan işlər ən yüksək səviyyədə həyata keçirilib. Rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə əraziyə yaşıllıq massivləri salınıb.Zığ şossesi boyunca binaların fasadları isə yenidən qurularaq müasir görkəmə salınır. Gəncə prospektində isə hərəkətin təhlükəsizliyi baxımından bu yol iki tərəfli olmaqla yenidən qurulur və prospekt müasir işıqlandırma sistemi ilə təchiz olunur. Müşavirənin yekunun da rayon rəhbərliyi tərəfindən mövcud çatışmazıqların qısa zaman ərzində həll edilməsi üçün yerli aidiyyatı orqanların nümayəndələrinə  göstərişlər verildi.

Keçidlər