Şriftin ölçüsü :

Saytın rəngi :

Qarşıda ciddi vəzifələr durur.

27 yanvar 2015 | 11:00

Xətai Rayon İcra Hakimiyyəti başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı keçirildi. Yığıncaqda  geniş məruzə ilə çıxış edən ərazi dairəsi üzrə nümayəndə Rizvan Əhədov bildirdi ki, ötən il Xətai rayonu inzibati ərazi dairəsi  sakinlərin sosial-məişət qayğılarınaxüsusi diqqətlə yanaşmış və onların problemlərinin həllinə böyük səy göstərmişlər.

Natiq  konkret faktları sadalayaraq qeyd etdi ki, dövlət invenstisiya proqramına uyğun olaraq, əhalinin içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkələrinin yaradılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Artıq inzibati ərazidəki çoxmənzilli binaların və fərdi yaşayış evlərinin əksəriyyəti su ilə fasiləsiz təmin olunur.

Məruzədə qeyd olundu ki, ötən ildə rayonda aparılan genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri çərçivəsində xidməti ərazidə yerləşən 135 çoxmənzilli binada 612 lifdən 272 -i yenisilə əvəz edilmiş, 9 liftin cari təmiri aparılmışdır. Vətəndaşları ciddi narahat edən istilik təchizatının təmin edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Hazırda 124 çoxmənzilli bina fasiləsiz olaraq istiliklə təmin olunur. Gəncə prospekti 54 və 56 saylı binaların istiliklə təmin edilməsi üçün də hazırda iş aparılır. Sakinlərin fasiləsiz qaz, elektrik enerjisi, su və istiliklə təmin olunması qarşıya qoyulan prioritet vəzifə kimi daim diqqətdə saxlanılır.

Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısının birinci müavini Rafiq  Quliyev bildirdi ki, 2014-cü ildə  Azərbaycanda həyata keçirilən siyasətin sosial xarakteri ölkədə sosial ədalət prinsiplərinin bərqərar olduğunu nümayiş etdirir. Güclü iqtisaiyyatın nəticəsini nümayiş etdirən sosial rifahın inkişaf dinamikası Xətai rayonunda da özünü parlaq şəkildə nümayiş etdirir. Bu gün sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrin hesabatlarından da aydın olur ki, rayonumda uzun illərdən bəri həllini tapa bilməyən bir çox sosial problemlər artıq tarixə, keçmişə çevrilir.

Rafiq Quliyev görülən işlərə münasibət bildirərək qeyd etdi ki, iki yaşlı sahə sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrin ötən müddət ərzində fəaliyyətləri onların səmərəliliyini, işlərini günün tələbləri səviyyəsində qurduğunu göstərir. Ancaq bundan arxayınlaşmaq olmaz. Çünki qarşıda cox ciddi vəzifələr durur və onların həyata keçirilməsində, rayonun bütün qurumları kimi, onlar da çevik olmalı və təşəbbüskarlıq göstərməlidirlər.

Keçidlər