Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı Senyuşkin küçəsi 7 a saylı binanın sakinləri ilə görüşdü.

27 yanvar 2015 | 11:00

Rayonun müxtəlif ərazilərində  keçirilən səyyar qəbulları çərşivəsində icra başçısı Razim Məmmədov bu gün Senyuşkin küçəsi 7 a saylı binanın, eləcə də ətraf binaların sakinləri ilə görüşmüşdür.   Sakinlər rayon ərazisində, aparılan abadlıq-quruculuq işlərinin gedişindən, qaldırdıqları problemlərə operativ reaksiya göstərilməsindən razılıq etdilər. Senyuşkin küçəsi 7 a saylı binanın  köçürülməsi ilə əlaqədar verilən qərardan isə narahatlıqlarını bildirdilər. Çünki, həmin binada yaşayan 50  ailə köçürülmənin şərtləri və ödəniləcək konpensasiyanın məbləği ilə tanış deyil. Ona görə də ətraflı məlumat verilməsini xahiş etdilər. Bildirdilər ki, bir paytaxt vətəndaşları kimi şəhərin abdlaşdırılması, gözəlləşməsi yönündə hökümət tərəfindən  aparılan bütün tədbirləri alğışlayırlar. Lakin, konpensasiyanın ödənilməsi zamanı yaşadıqları bu ərazinin şəhərin mərkəzinə yaxın olduğunu, eləcə də onların burada 70-80-ci illərdən, bina inşa olunduğu dövrdən  məskunlaşdıqlarını nəzərə alınmasını xahiş etdilər.

Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri iştirak edirdilər. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bird daha bildirdi ki, Azərbaycan Dövlətinin, Hökümətinin həyata keçirdiyi bütün islahatlar, abadlığ-quruculuq işləri ölkəmizin, eləcə də paytaxtımızın gözəlləşməsi ilə yanaşı həm də insanlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət edir. Ona görə də sakinlərin bütün istək və arzuları nəzərə alınacaq.  Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan digər məsələlərin həllinə dair də aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər