Xətai rayonunda əhalinin tibbi müayinədən keçirilməsi uğurla həyata keçirilir.
Prezident İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqlara əsasən paytaxtın Xətai rayonunda tədbirlər planının uğurlu icrasına başlanılıb. Rayon ərazisində fəaliyyət göstərən 38 saylı şəhər poliklinikasında təşkil edilən tibbi müayinələrdə əhalinin müətəşşəkiliyi müşahidə olunur.
Dövlət başçısının ölkə vətəndaşılarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqların icrası üçün Xətai Rayon İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər icra olunur. Aidiyyatı qurum nümayəndələrindən ibarət komissiya yaradılıb, qrafik tərtib olunub. Qrafik əsasında rayon ərazisində fəliyyət göstərən səhiyyə ocaqlarında 269 min 908 sakin və rayonda məskunlaşan 23 minə yaxın məcburi köçkün tibbi
müayinədən keçəcək. Tibbi müayinə rayon ərazisində fəaliyyət göstərən 10 səhiyyə müəsissəsində baş tutacaq. Sözügedən bütün səhiyyə ocaqlarında əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Səyyar həkim briqadaları hər gün müvafiq sahələr üzrə müayinələr aparır. Yaşlı insanların evlərində tibbi müayinədən keçirilməsi üçün sahə ərazi icra nümayəndəlikləri tibb müəssisələrinə müvafiq köməklik göstərirlər.
Rayonun səhiyyə müəsissələrinin tibb işçiləri və avadanlıqları bu aksiyanın mütəşəkkil qaydada həyata keçirilməsinə cəlb olunub. Xətai rayon sakinləri onların sağlamlığına göstərilən qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını bildirdiriblər.
Qeyd edək ki, ötən il Xətai rayonu üzrə ümumi əhalinin 77 faizi tibbi müayinədən keçib. Əhalinin tibbi müayinədən keçirilməsi mayın 1-dək davam edəcək.