Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Bakının Xətai rayonunda “Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib

09 fevral 2015 | 11:00

Prezident İlham Əliyev Bakının Xətai rayonu ərazisində yeni inşa olunmuş 110/35/6 kV-luq “Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.

  “Ağ şəhər-1” yarımstansiyası, həmçinin yeni inşa edilən digər 110 kV-luq “Həzi Aslanov”, “Kürdəxanı”, eləcə də 35 kV-luq 7 elektrik yarımstansiyası barədə Prezident İlham Əliyevə məlumat verildi.

Dövlətimizin başçısı dispetçer idarəetmə mərkəzindən “Ağ şəhər-1” yarımstansiyanı işə saldı.

Prezident İlham Əliyev yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə tanış oldu.

Keçidlər