Xətai rayonunda narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirildi.
Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 138 saylı orta məktəbdə narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd ölkədə narkomaniyaya qarşı birgə mübarizəni gücləndirmək və bu sahədə maarifləndirmə işinin artırılmasıdır. Xətai rayon icra hakimiyyəti başçısının müavini Xeyrulla Hüseynli çıxış edərək bildirdi ki, ölkədə narkotik vastələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və dövlət proqramları qəbul olunub və həyata keçirilir. Bununla yanaşı respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəxalq əməkdaşlığın genişləndirilməsinə böyük diqqət yetirilir. Bu sahədə işlərin daha da gücləndiirlməsi məqsədilə rayon icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə işləri aparılıb.
Tədbirdə çıxış edənlər bildirdilər ki, ağ ölümlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının eləcə içtimaiyyətin rolu böyükdür. Belə vasitələr orqanizmdə təkcə fəsadlar törətmir, həm də gələcək nəslin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu baxımdan belə tədbilərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Sonra Bakı Uşaq Teatrının kollektivinin hazırladığı “Ağ ölümlə oyun” adlı tamaşa nümayiş etdirildi. Gəncləri və yeniyetmələri narkotik kimi qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşa izləyənlərdə dərin təəssüratlar yaratdı.