Xətai rayonunda “Ana dilimiz” adlı tədbir keçirildi.
Xətai rayonundakı ümummilli lider Heydər Əliyevin adını daşıyan liseydə “Milli mənəvi dəyərlərimizi sevək və qoruyaq -Ana dilimiz” adlı tədbir keçirildi.
Rayon icra hakimiyyətinin təşkilatçılğı ilə baş tutan tədbirdə millət vəkilləri, QHT təmsilçiləri, rayon ziyalıları iştirak edib.
Tədbirin keçirilməsində məqsəd milli mənəvi dəyərlərimizi qorunması, onun təbliği, həmçinin, gənc nəslə vətənpərvərlik tərbiyyəsini aşılamaqdır. Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva çıxış edərək bildirdi ki, bu gün milli mənəvi dəyərlərimizin qorunub saxlanılması dövlətin əsas prioritet istiqamətlərindən biridir. Əsası ulu öndər Heydər Əliyev tərədindən qoyulan bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır. Mədəniyyət siyasətini uğurla davam etdirən dövlət başçısımilli-mənəvi dəyərlərimizin inkişafına, qorunmasına və xarici ölkələrdə təbliğinə xüsusi önəm verir. Mədəniyyətimizin inkişafı, milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onun təbliğində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın xidmətləri olduqca böyükdür. Məhz onun səyləri nəticəsində bu gün Azərbaycanın muğam, xalça, aşıq, tar ifaçılığı sənətləri YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan Mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib.
Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə isə əlavə etdi ki, xalqın təkidli tələbi və xahişi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin - Azərbaycan dilinin adını özümüzə qaytardı. Gənc nəslin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanmasında, adət ənənələrimizin qorunub saxlanılmasında belə tədbirlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.
Tədbirdə o da vurğulandı ki, bu istiqamətdə rayon icra hakimiyyəti tərəfindən mühüm işlər görülür. Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlər təşkil edilir, yazı inşa müsabiqələri keçirilir.
Sonda şagirdlərin ifasında Azərbaycanın adət-ənənələrindən bəhs edən səhnəciklər göstərildi. Qədim folklor nümunələrinin nümayişi, vətənpərvərlik mövzusunda deyilən şerlər isə alqışlarla qarşılandı.