Xətai rayonunda Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirildi.
Xətai rayon icra hakimiyəti Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb.Tədbirlər planına uyğun olaraq, rayonun bir sıra təhsil müəssisələrində faciə qurbanlarının xatirəsi yad edilib.
245 saylı orta məktəbdə keçirilən tədbirdə çıxış edən Xətai rayon icra hakimiyəti başçısının müavini Jalə Abdıyeva faciənin tarixindən danışdı. Bildirdi ki, bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror kimi kimi daxil olub. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi
tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər danılmazdır.
Digər çıxışçılar əlavə etdilər ki, 20-ci əsrin sonunda dünyanın gözü
qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına
və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.
Tədbirin sonunda şagirdlərin ifasında ədəbi- bədii kampazisiya nümayiş etdirildi.
263 saylı orta məktəbdə də bu münasibətlə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar. Bildirildi ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadan həyata keçirilən bu soyqırım aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addımdır.Tədbirin sonunda faciənin tarixindən bəhs edən ədəbi-bədii kampazisiya nümayiş olundu.