Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.

19 fevral 2015 | 11:00

Dövlət başçısının ölkə vətəndaşılarının pulsuz tibbi müayinədən keçirilməsi üçün verdiyi tapşırıqlar Xətai rayonunda uğurla həyata keçirilir. Xətai rayon 7 saylı poliklinikada baş tutan növbəti aksiyada rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların kollektivləri ilə yanaşı sakinlər də tibbin müxtəlif sahələri üzrə-rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçdilər. Əhalinin mütəşəkkil surətdə tibbi müyanidən keçməsi işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.  İşlərin yüksək səviyyədə aparılması məqsədilə Xətai rayon icra hakimiyyəti tərəfindən komissiya da yaradılıb. Yaradılan işçi qrupu əhalinin bu vacib kampaniyaya mütəşəkkil cəlb edilməsi üçün müvafiq təbliğat işləri aparırlar.
       İndiyənə kimi 272 min 135 nəfər əhalisi olan rayonun 36 min 564 nəfəri müayinədən keçib. Prezidenti İlham Əliyevin tapşırığına əsasən rayonda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təhciz edilib. Bu da sakinlərin lazımı qaydada müayinədən keçməsinə zəmin yaradır.
    Əsalı səbəblərdən müayinəyə gələ bilməyən vətandaşların yaşadıqları evlərə isə yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim briqadaları göndərilib.
     Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması
məqsədilə tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq rayon sakinləri
tərəfindən də razılıqla qarşılanır. Əhalinin tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam edəcək.

Keçidlər