Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Xətai rayonundakı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Xətai rayon icra hakimiyətində hazırlanan plana uyğun olaraq, növbəti anım tədbirləri rayonun 48 və 95 saylı orta məktəblərində keçirildi.
Xətai rayon icra hakimiyəti başçısının müavini Jalə Abdıyeva faciənin tarixindən danışdı. Bildirdi ki, "bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktı kimi daxil olub. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər danılmazdır. Fondun vitse prezidenti Leyla Əliyevanın təşəbüsü ilə həyata keçirilən “Xocalıya ədalət ”kampaniyası da faciənin dünya içtimaiyyətinə çatdıırlmasında mühüm rol oynayır. Məhz kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Digər çıxışçılar isə əlavə etdilər ki, 20-ci əsrin sonunda dünyanın
gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.
Tədbirlərin sonunda şagirdlərin ifasında ədəbi-bədii kampazisiya nümayiş etdirildi.