Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin şikayətləri dinlənildi.

23 fevral 2015 | 11:00

Xətai rayonu, Daşqın Səfərov küçəsi 7 saylı binanın bir qrup sakini rayon İcra Hakimiyyətinə müraciət edərək, mənzillərinə istiliyin verilmədiyini, elektrik enerjisinin olmadığını, yollarının kəsilməsini bildirərək, köməklik istəmişlər.
       Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov sakinləri qəbul etmiş və şikayətlərini dinləmişdir. Qaldırılan məsələlərin operativ həlli ilə bağlı aidiyyatı şəxslərə müvafiq tapşırıqlar vermişdir.
       Şikayətlərlə bağlı yerində araşdırma aparılmış, 1 saylı İEM ərazisindən keçən yol açılmış, elektrik enerjisinin verilməsi bərpa olunmuşdur. İstiliyin verilməməsinin səbəbi 1 saylı İEM-də baş verən qəza   olduğu üçün qəza səbəbləri aradan qaldırıldıqdan dərhal sonra istiliyin bərpa olunması bərpa olunacaqdır.

Keçidlər