Xətai rayonunda yerləşən “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda yenidənqurma işləri sürətlə davam etdirilir.
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar, Xətai rayonunda yerləşən “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda yenidənqurma işləri sürətlə davam etdirilir. Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xocalı soyqırımı”nın iyirmi üçüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq, Xətai rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Plana əsasən, abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda Türkiyə və İtaliyadan gətirilmiş müxtəlif naxış formalarını özündə əks etdirən 100 mindən çox gül və bəzək kolunun əkilməsinə başlanılıb. Parkın ətrafı Azərbaycanın milli memarlıq nümənələrini özündə əks etdirən üzlük daşlı məhəccərlərlə əhatə olunub. Bütün bunlarla yanaşı parkın ərazisini əhatə edən yaşayış binaları və inzibati obyektlərin fasadlarında ümumi sahəsi 2 min kv. metr əraziyə
Xocalı faciəsini əks etdirən fotoşəkillərin quraşdırılmasına başlanılıb. Parkın ətraf ərazilərində yerləşən binalarda isə 1200 kv.metrlik banner və 900 kv m.-lik pano yerləşdiriləcək.
Xocalı parkına giriş hissədə və Yusif Səfərov küçəsi boyunca yeni yaşıllıq örtüyü salınıb və gül kolları əkilir.
Bununla yanaşı anım günü ilə bağlı ziyarətçilərin gediş-gəlişi rahat təmin etmək məqsədilə parkın ətrafına abadlıq işləri həyata keçirilir. Qeyd edək ki, Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımınına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar, abidəni minlərlə insan ziyarət edir.