Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon icra hakimiyyətində Xocalı faciəsində həlak olan insanların ailə üzvləri ilə görüş keçirilib.

25 fevral 2015 | 11:00

Xətai rayon icra hakimiyyətində Xocalı soyqırımının 23-ci ildönümü ilə əlaqədar faciədə həlak olan insanların ailə üzvləri ilə görüş keçirilib.        Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadan həyata keçirilən bu soyqırım aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addımdır. 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Ulu öndər Heydər Əliyev növbəti dəfə hakimiyyətə gəldikdən sonra faciəyə siyasi-hüquqi qiyməti verildi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.  Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər danılmazdır. Fondun vitse prezidenti Leyla Əliyevanın təşəbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası da faciənin dünya içtimaiyyətinə çatdıırlmasında mühüm rol oynayır. Məhz bu kampaniya sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
      Tədbirdə o da vurğulanıb ki, hazırda rayon ərazisində Xocalıdan olan 15 ailə yaşayır. Soyqırımla bağlı rayon icra hakimiyyəti tərəfindən  minə yaxın xüsusi buklet hazırlanıb, müəssisə və təşkilatlara paylanılıb. Bukletdə ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı ilə bağlı dediyi fikirlər, Xocalı soyqırımı ilə bağlı faktlar Azərbaycan və ingilis dillərində yer alıb. Həmçinin, Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılan abidə əks olunub, soyqırım zamanı ermənilər tərəfindən qətlə yetirilən körpə uşaqların fotoşəkilləri çap edilib.
      Çıxış edən Xocalıdan olan məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
      Sonra tədbir iştirakçıları faciədə həlak olanların xatirəsinə ucaldılan “Ana fəryadı” abidəsini ziyarət etdilər və  abidənin önünə gül dəstələri düzdülər.

Keçidlər