Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon icra hakimiyyətində hesabat yığıncağı keçirilib.

27 fevral 2015 | 11:00

Xətai rayon icra hakimiyyətin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda rayonun əldə etdiyi uğurlar və qarşıda duran vəzifələrdən danışılıb.
      Tədbir iştirakçıları əvvəlcə, Heydər Əliyev parkına gələrək ulu öndərin xatirəsinə ucaldılan abidəninin önünə gül dəstələri düzdülər. Daha sonra rayon icra hakimiyyətinin inzibati binasında rayonun social-iqtisadi göstəricilərini əks etdirən foto stendə baxdılar. Hesabat dövründə Xətai
rayonunda iqtisadiyyatın əsas səhalərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz çox sənaye məhsul istehsal olunub. Hesabat məruzəsi
ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, hər il olduğu kimi bu il də rayonun iqtisadi göstəriciləri yüksəlib. Müxtəlif sosial proqramlar uğurla icra edilib. Prezient İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rayonda əsaslı və kompleks yenidənqurma işləri görülür. Son illərdə dövlət başçısının Xətai rayonuna etdiyi səfərlər, rayonda gedən quruculuq və abadlıq işlərinə güclü təkan verib. Qeyd olundu ki, hesabat dövründə 5 min yeni  iş yeri yaradılıb. 1500 nəfər münasib iş yeri ilə təmin
edilib. Əhalinin orta əmək haqqı rayon üzrə 560 manata çatdırılıb. Bakı şəhərinin və onun qəsəbələrinin social- iqtisadi inkişafı dövlət proqramın icrası   davam etdirilir. Dövlət başçısının açılışında iştirak etdiyi 56 saylı yeni məktəb binası da  inşa edilərək şagird və pedoqoji kolletkivin istifadəsinə verilib. Həmçinin , 2011-2013 və 2014-2016-cı il dövlət proqramlarına uyğun olaraq, ötən il də 5 məktəb əsaslı təmir olunub, bir təhsil ocağı isə yenidən qurulub. Təhsil ocaqları ən son avadanllıqlarla təhciz olunub. Bununla yanaşı “Ağ şəhər” adlanan ərazisində inşa olunan və müasir memarlıq quruluşu ilə diqqət çəkən Fransız liseyi də görülən
işlərin tərkib hissəsidir. Liseydə təlim-tədris üçün bütün şərait yaradılıb.
Rayonda həyata keçirilən irimiqyaslı layihələr sırasında Heydər Əliyev Fondunun dəstəyi və dövlət proqramı çərçivəsində yeni uşaq baxçalarının inşası, mövcud binaların isə əsaslı təmiri mühüm yer tutur.
Rayon ərazisində yeni səhiyyə ocalarının tikilib istifadəyə verilməsi, mövcud binaların isə əsaslı təmir edilməsi istiqamətində işlər davam etdirilir. Rayonda  həyata keçirdiyi irimiqyaslı layihələr sırasına rayon icra hakimiyyətinin inzibati binasının yenidən qurulması işi yer alır. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi inzibati bina müasir üslubda qurulub və ən son texnologiyalarla təhciz edilib. İnzibati binanın ətrafında yeni yaşıllıq örtüyü, çoxlu dekorativ ağaclar əkilib və park salınıb. Əraziyə müasir işiqlandırma sistemi quraşdırılıb. Burada yaxınlıqda yaşayan əhalinin istirahəti üçün bütün imkanlar yaradılıb. Ağ şəhər layihəsi çərçivəsində və Milli parkın genişləndirilməsi istiqamətində işlər sürətlə davam etdirilir. Belə ki, Bakı “Ağ Şəhər”in ilk landmarkı və giriş qapısı sayılan yüksək səviyyəli ofis binası artıq istifadəyə hazırdır. 2013-cü ildə Prezident İlham Əliyevin təməlini qoyduğu Bakı Ağ şəhər bulvarı da dünyadakı ən qabaqcıl təcrübə əsasında yaradılır. Tikinitisi dövlət başçısı
tərəfindən mütəmadi diqqət mərkəzində saxlanan həmin bulvarın uzunluğu 5 kilometr olacaq. Dövlət başçısının açılışında iştirak etdiyi ana və uşaq parkı da rayonun simasının gözəlləşdiirlməsi istiqmətində görülən işlərin tərkib hissəsidir. Müasir üslubda tikilən və geniş imkanlara malik olan parkda insanların istirahəti üçün hər cür şərait yaradılıb. Hüquq mühafizə
orqanlarının işinin təkmilləşdiirməsi məqsədilə rayon Polis İdarəsi 35-ci Polis bölməsinin binası istifadəyə verilib. Hesabat dövründə rayon ərazisində geniş abadlıq-quruculuq işləri görülüb, çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilib. Rayonda ekoloji vəziyyətinin yaxşılaşdırılması rayon icra hakimiyyəti tərəfindən görüləş işlərin əsas tərkib hissəsidir.
       Zığ yolu-Nobel prospekti boyunca relyefə uyğun 100 min kv. m-ə yaxın ərazidə yaşıllıq massivləri salınıb. Rayonda yolların təmiri və tikintisi də
daim diqqətdə saxlanılıb. Belə ki, Gəncə prospektində hərəkətin təhlükəsizliyi baxımından bu yol iki tərəfli olmaqla yenidən qurulub və prospekt müasir işıqlandırma sistemi ilə təchiz olunur. Bununla yanaşı Xocalı parkıda yenidən qurulub. Parkın ətrafına yeni asfalt örtüyü çəkilib. Hesabat ərzində həmiçin, ulu öndərin adını daşıyan parkda “KOSUQİ” şirkəti tərəfindən Yapon bağının salınması nəzərdə tutulub. Çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkillləri Hüseynbala Mirələmov, Səməd Seyidov və digər məruzəçilər respublimazda, həmçinin Xətai rayonunda həyata keçirilən işlərdən danışdılar. Dövlət başcısının tövsiyyə və tapşırıqlarına uyğun olaraq, rayonun müvafiq strukturlarının fəaliyyəti təhlil olundu, qarşıda duran vəzifələrdən söhbət açıldı.
      Tədbirin sonunda Preziden İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər