Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin 4-cü hesabat-seçki konfransı keçirilib.

04 mart 2015 | 11:00

YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin 4-cü hesabat-seçki konfransı keçirilib. Konfransda təşkilatın ötən dövr ərzində gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
      Tədbir iştirakçıları əvvəlcə, Heydər Əliyev parkına gələrək, ulu öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, ehtiramlarını bildirdilər. 
        Tədbirdə çıxış edən Xətai rayon icra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, artıq uzun müddətdir ki, YAP ölkəmizin siyasi səhnəsində uğurlu fəaliyyət göstərir və bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Natiq çıxışında qeyd etdi ki, şərəfli yol keçən YAP bir-birindən əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırır. Məhz bunun nəticəsi olaraq, ölkənin hər yerində abadlıq quruculuq işləri aparılır, ölkə əhalisinin sosial rifahı günü-gündən yaxşılaşdırılır. Rayon icra hakimiyyətinin başçısı həmçinin, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan da danışdı. Dövlət başçısının gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə
bir sıra dövlət proqramlarını təsdiq etdiyini diqqətə çatdırdı.
       YAP-nın rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə öz çıxışlarında  bildirdilər ki, həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb.
       Sonra YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin hesabatı dinlənildi. Qeyd olundu ki, hazırda partiyanın Xətai rayon təşkilatı öz ətrafında 142 ərazi ilk partiya təşkilatını birləşdirir. Üzvlərinin sayı 17 mindən çoxdur. Bunun 35 faizi gənclər, 8 min nəfərini isə qadınlar təşkil edir. Partiyanın rayon təşkilatı Gənclər Birliyinin isə 4 minə yaxın üzvü var.
       Çıxış edən rayon gəncləri Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs etdilər. Yeganə milli siyasi qüvvə olan YAP-ın gənclərin fəaliyyəti və inkişafı üçün hərtərəfli şərait yaratdığını bildirdilər. Hesabatın yekununda  təşkilati işlərə baxıldı və  rayon təşkilatı Gənclər Birliyinin sədr, müavinlər, şura üzvləri, idarə heyəti və YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçildı.

Keçidlər