Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “5 mart – Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir keçirilmişdir

05 mart 2015 | 11:00

Xətai rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 4 mart 2015-ci il tarixdə 269 nömrəli tam orta məktəbdə Xətai rayon icra başçısının sərəncamına uyğun olaraq keçirilən rayon məktəblilərinin XXVI Spartakiadasının ümumi nəticələrinə və “5 mart – Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Salman Abdulov, 138 və 269 №li tam orta məktəblərin direktorları Mirfaiq Mirheydərli, Alla Vəzirova və digər rəsmi şəxslər iştirak etmişdirlər. Rayon məktəblilərinin XXVI Spartakiadasının yekun nəticələrinə görə I yeri 269 №li, II yeri 138 №li, III yeri 264 №li tam orta məktəblərin komandaları tutmuş , 204 №li tam orta məktəbin komandası  isə fərqləndirici yerə layiq görülmüşdür. Həmçinin rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan “Voleybol” idman növü üzrə həm qızlar, həm də oğlanlar arasında yarışın final oyunu da keçirilmişdir. Qızların yarışında 269 №li tam orta məktəbin komandası I yeri, 138 №li tam orta məktəbin komandası II yeri, oğlanların yarışında isə 221 №li tam orta məktəbin komandası I yeri, 264 №li tam orta məktəbin komandası II yeri tutmuşlar.
Qalib komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.

Keçidlər