Xətai rayonunda YAP-ın 20 illik yubileyi münasibətilə rayon təhsil işçiləri ilə görüş keçirilmişdir.
7 noyabr 2012-ci il tarixdə Xətai rayonu 27 saylı orta məktəbdə Yeni Azərbaycan Partiyasının 20 illiyi münasibətilə Xətai rayon təhsil işçiləri ilə görüş keçirilmişdir.
Tədbirdə YAP Xətai rayon təşkilatının sədri,millət vəkili Hüseynbala Mirələmov, YAP siyasi şurasının üzvü,”İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, 27 saylı orta məktəbin direktoru Cəmilə Ramazanova və başqa natiqlər çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən proqramın məramından,Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından söhbət açmışlar.Bütün bunlara görə ümumxalq partiyasına çevrilən YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələrin qazanıldığı vurğulanmışdır.
Tədbirdə çıxış edən digər təhsil işçiləri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bu günə və gələcəyə inamın göstəricisi olduğunu, YAP-ın sıralarında təmsil olunmaqla öz potensiallarını ortaya qoymaq üçün geniş meydan gördüklərini bildirmişlər.
Sonra təhsil işçilərindən bir neçə partiya fəallarına YAP-ın 20 illiyi münasibətilə təşkilat adından fəxri fərman təqdim edilmişdir.Yekunda məktəblilərin ifasında Ulu öndərimizə,vətənə həsr olunmuş şer və mahnılar səsləndirilmiş, Türkiyədə keçirilən Nisan Çocuk festivalınin qalibi olan rayon gənclərinin rəqqaslarının ifaları tədbirə xüsusi gözəllik vermişdir.