Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda daha bir ağacəkmə aksiyası keçirildi.

18 mart 2015 | 11:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai  rayonunda da davamlı xarakter alıb. Bu rayonda da abadlıq, yenidənqurma və quruculuq işləri aparılır.
      Xətai Rayon İcra Hakimiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun İnqilab İsmayılov küçəsində yerləşən Zeytunluq adlanan ərazisində yerləşən 15 hektarlıq yaşıllıq zolağında daha bir ağacəkmə kampaniyası keçirildi. Paytaxt Bakının ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edən yaşıllaşdırma kampaniyasında Xətai rayon İcra Hakimiyyətinin başçısı, millət vəkilləri, rayonun idarə və təşkilatları, könüllülər, fəal gənclər, ümumilikdə 1000-dən çox insan iştirak edib.
      Novruz bayramı ərəfəsində yüksək fəallıq və bayram əhval-ruhiyyəsi ilə keçən yaşıllaşdırma marafonunda ərazi məişət tullantılarından təmizlənib, mövcud yaşıllıqlar sulanıb, ərazidə ağac, gül və bəzək kolları əkilib. Budəfəki aksiyada müxtəlif ölkələrdən gətirilən tingləri, həmçinin çinar, zeytun, küknar, şam, söyüd ümumilikdə 1000-ə yaxın ağac və dekorativ kol əkildi.         
    Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, “Ümumrespublika yaşıllaşdırma marafonu” Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılıb. Rayonda ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasında mühüm rol oynayan yaşıllaşdırma aksiyalarında bundan sonra da ağac, gül və bəzək kollarının əkilməsi nəzərdə tutulur. Ümumilikdə, bu il Xətai rayonu ərazisində 5 mindən çox müxtəlif növ ağac, bəzək və gül kolları əkilib. Xətai rayonunda keçirilən növbəti iməclik əsl Novruz ovqatına köklənib, ağacəkmə kampaniyasının iştirakçıları uçün bayram süfrəsi açılıb, bayram tonqalı qalanıb, musiqiçilər, incəsənət adamları, aşıqlar musiqi nömrələri ifa ediblər.

 

Keçidlər