Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda vətəndaşlara səyyar xidmət

18 mart 2015 | 11:00

Xətai rayonu İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 18 mart 2015-ci il tarixdə saat 10:00-19:00- dək Xətai RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları tərəfindən səyyar xidmət təşkil olunmuşdur. Tədbirdə şəxsiyyət vəsiqəsi olmayan 16 yaşına çatmamış, 16 yaşına çatmış şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi 25, 35, 50 yaş həddinə görə etibarsız şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi tibb personalının iştirakı ilə vətəndaşlar yerində müainə olunmaqla həyata keçirilmişdir.
Səyyar xidmətin keçirilməsini Qəsəbə sakinləri yüksək razılıqla qarşılamış və vətəndaşların rahatlığının təmin olunması məqsədilə tədbirin gələcəkdə davamlı olması təqdirəlayiq hesab edilmişdir.

Keçidlər