Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon içtimayətinin nümayəndələri Quba rayonundakı soyqırım məzarlığında olublar .

30 mart 2015 | 10:00

Xətai  Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə 31 mart soyqrımı ilə bağlı rayon içtimayətinin nümayəndələri Quba rayonundakı soyqırım məzarlığında olublar .
     Rayon icra hakimiyyətinin nümayəndələri,YAP-nın  fəalları, ağsaqqallar və gənclər əvvəlcə, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ilə tanış oldular. Kompleks 2013-cü il sentyabrın 18-də dövlət başcısının iştirakı ilə açılışı olub. Kompleksdə 20-ci əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar
var. Kompleksdə quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bunun üçün
imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb. Həmçinin
Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar var. Bu guşələrə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Tədqiqat Komissiyasının məlumatları, sənədləri, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin sənədləri sərgilənir.
     Daha sonra rayon içtimaiyyəti Quba soyqırım məzarlığı ilə də tanış oldular. Bildirildi ki, soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. O da qeyd olundu ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım zamanı qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun atdığı bu addımlar bü gün öz tarixi əhəmiyyəti ilə seçilir.

Keçidlər