Xətai rayonunda əhalinin tibbi müayinəsi davam edir
Prezident İlham Əliyevin tapşırığına əsasən, Xətai rayonunda əhalinin tibbi müayinədən keçirilməsi prosesi uğurla davam etdirilir. Fevralın 2-dən başlayan aksiyada bu günə kimi 74 minə yaxın sakin tibbi müayinədən keçib.
Dövlət başçısının ölkə vətəndaşılarının pulsuz tibbi müayinədən keçirilməsi üçün verdiyi tapşırıqlar Xətai rayonunda uğurla həyata keçirilir. Rayon icra hakimiyyəti tərəfindən yaradılan komissiya əhalinin tibbi müayinəyə cəlb edilməsi üçün müvafiq işlər görür. Xətai rayon Zığ Sağlamlıq Mərkəzində baş tutan növbəti aksiyada rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilat nümayəndələri ilə yanaşı sakinlər də tibbin müxtəlif sahələri üzrə-rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçdilər. Əhalinin mütəşəkkil surətdə tibbi müayinədən keçməsi isə işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.
Prezidenti İlham Əliyevin tapşırığına əsasən, rayonda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təhciz edilib. Bu da sakinlərin lazımı qaydada müayinədən
keçməsinə zəmin yaradır. Zığ Sağlamlıq Mərkəzin baş həkimi Naibə Əzizova bildirdi ki, sağlamlıq ocağında sakinlərin müayinədən keçməsi üçün hər cür şərait yaradılıb.Bütün otaqlar müasir tibbi avadanlıqlarla təhciz olunub. Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədilə tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq rayon sakinləri tərəfindən də razılıqla qarşılanır.
Əhalinin tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam edəcək.