XƏTAİ RAYON MƏKTƏBLİLƏRİ ARASINDA "ŞAHİNLƏR" HƏRBİ-İDMAN VƏ TURİZM OYUNLARININ FİNAL MƏRHƏLƏSİ KEÇİRİLİB
Cəmşid Naxçıvanski adına Hərbi Litseydə “şahinlər” hərbi idman və turizm oyunlarının Xətai rayonu üzrə final mərhələsi keçirilib. Yarışlarda rayonunun 37 orta ümumtəhsil məktəbinin 550-ə yaxın şagirdi iştirak edib. Xətai rayon icra hakimiyyətinin təşəbüssülə keçirilən ”şahinlər” hərbi, idman və turizm oyunlarında əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyyəsinə diqqqət və qayğını daha da artırılması həmçinin məktəb şagirdlərini ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirdi ki, bu gün ölkədə aparılan islahatlar idman sahəsində də özünü göstərir. Belə ki, son illərdə idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdikləri uğurlar, qazanılan nəticələr onu deməyə əsas verir ki, bu gün məhz bu sahə dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də dövlətin idmana göstərdiyi diqqətin təzahürüdürÇıxışlarda qeyd olundu ki, rayon məktəblərinin bilik yarışmalarında, idman oyunlarında, müsabiqələrdə əldə etdiyi nailiyyətlər, ali məktəblərə qəbul üzrə rayonunun yüksək nəticə qazanması təhsil və idman səhəsində əldə edilən uğurların göstəriciləridir. Daha sonra Xətai rayon üzrə 37 məktəbin 550 şagirdi arasında keçirilən hərbi yarışlara start verildi. Əvvəlcə komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri iki mərhələdə 10 idman növü üzrə öz qüvvələrini sınadılar. Burada hərəkətlər təyin olunan hakimlər tərəfindən beş ballıq sistem üzrə qiymətləndirildi. Onu da deyək ki, qalib gələn məktəbin komandası gələn həftə keçiriləcək Bakı zona birinciliyinə qatılacaq.