Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahinlər” hərbi-idman oyunlarının Xətai rayonu üzrə final mərhələsi keçirildi

04 aprel 2015 | 10:00

Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət və Turizm Nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq Xətai rayon icra hakimiyyətinin təşəbüssü ilə 04 aprеl 2015-ci il tariхdə  Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahinlər” hərbi-idman  oyunlarının Xətai rayonu üzrə final mərhələsi keçirildi. Xatırladaq ki, məktəbdaxili seçmə oyunlarına isə artıq mart ayından start verilmişdir.
Oyunlar tam orta məktəblərin VIII və X sinif şagirdləri arasında keçirilir. Hər komandanın tərkibində 14 nəfər (10 oğlan, 4 qız) iştirak edir. Yarışlarda rayonunun 37 orta ümumtəhsil məktəbinin 518-ə qədər şagirdi iştirak edir. ”Şahinlər” hərbi və idman  oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılması, həmçinin məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir.          Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayırlar.
Komandaların hərəkətləri təyin olunmuş münsiflər heyəti tərəfindən 5 (beş) ballıq sistem üzrə qiymətləndirilir Yarışların sonunda rayonun qalib məktəbininin  komandası Bakı zona  birinciliyində iştirak etmək hüququ qazanacaqdır.

Keçidlər