Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı “Yapon bağı”nda işlər davam etdirilir.

06 aprel 2015 | 10:00

Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış “KOSUQİ” şirkətinin  Xətai rayonunda yerləşən Heydər Əliyev parkında salınacaq bağda işlər davam etdirilir.
     06.04.2015-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov parka gələrək, işlərin gedişatı ilə yaxından tanış olmuş, burada yapon üslubunda tikiləcək şəlalə kompleksinin, bağın alaqapısının,  hovuzun və digər elementlərin tərtibatı ilə maraqlanmışdır. Başçı yapon mütəxəssislərlə söhbət etmiş və öz tövsiyyələrini vermişdir. Yapon mütəxəssislər bağda əkiləcək ağac və gül kollarının xaricdən gətirilməsi üçün artıq sifarişlərin verildiyini diqqətə çatdırmış və işlərin yüksək səviyyədə aparılması məqsədilə yaradılmış şəraitə görə rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.

Keçidlər