Xətai rayonunda həqiqi hərbi xidmətə çağiriş davam edir
Dövlət Başçısı İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, aprelin 1-dən başlayan növbəti həqiqi hərbi xidmətə çağırış davam edir. Xətai rayonu Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon idarəsində çağırış yaşı çatan gənclər ordu sıralarına yola salınıb.
Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Xətai rayon idarəsinin nümayəndələri, çağırış yaşı çatan gənclər, veteranlar əvvəlcə, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.
Sonra Xətai rayonu icra hakimiyyətinin təşkilatçılığı ilə gənclərin hərbi çağırışa yola salınması münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı müavini Jalə Abdıyeva ordumuzun qüdrətindən, dinamik sürətlə inkişaf edən ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da gedən böyük irəliləyişlərdən danışdı. Dedi ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev müasir mütəşəkkil ordu yaratmaqla Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən birinə nail oldu. Qeyd olundu ki, ölkəmizi regionun lider dövlətinə çevirən Prezident İlham Əliyevin ardıcıl səyləri və kompleks tədbirləri nəticəsində hazırda Azərbaycan Silahlı Qüvvələri qarşısında duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xətai Rayon Dövlət İdarəsinin rəisi Eldar Tağıyev , rayon veteranları, valideynlər vətənin müdafiəsinə yola düşənlərə əsl mərdlik, şücaət məktəbini şərəflə keçməyi, hərbi texnikanın sirlərini mükəmməl öyrənməyi, lazım gələrsə, hər an torpaqlarımızı azad etmək üçün müsəlləh əsgər olmağı arzuladılar.Vətənə borclarını verməyə gedən gənclərimizi isə yalnız bir amal birləşdirir: “işğal olunan torpaqlarımızı azad etmək, vətənimizın keşiyində ayıq-sayıq dayanmaq”.
Tədbir Xətai rayonunda fəaliyyət göstərən mədəniyyət evinin kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirildi.