Şriftin ölçüsü :

Saytın rəngi :

Tarsusda Ulu Öndər Heydər Əliyevin heykəli ucaldılmışdır.

05 aprel 2015 | 10:00

Bakının Xətai rayonu ilə Türkiyənin Mersin şəhəri, eləcə də Mersinin 2007-ci ildə Xətai rayonu ilə qardaşlaşmış şəhər elan edilən Tarsus rayonu arasında əməkdaşlıq əlaqələri genişlənir.
      Bu əlaqələr çərçivəsində Tarsusda 2,5 hektar ərazidə salınan Heydər Parkında yenidənqurma işləri tamamlanmaq üzrədir. 2007-ci ildə başlayan əməkdaşlıq çərçivəsində 2011-ci ilin mart ayında Tarsusdakı Berdan çayı üzərindən salınan körpüyə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib. Körpü ilə Tarsusun məhşur şəlaləsi arasındakı 2,5 hektar ərazidə Park yaradılıb. Hazırda isə Parkda aparılan əsaslı yenidənqurma işləri tamamlanmaq üzrədir.
       Aprelin 5-də Xətai rayon İcra Hakimiyyətindən bir qrup nümayəndə ərazinin abadlaşdırılması, idman meydançaları, uşaqlar üçün əyləncə meydançalarının yaradılması, peyzaj işlərinin gedişatına nəzarət məqsədilə Tarsus şəhərinə yola düşmüşlər. Məqsəd son illərdə Tarsusluların, rayonun qonaqlarının sevimli istirahət yerlərindən biri kimi tanınan parkın daha müasir standartlara uyğun istirahət mərkəzinə çevrilməsidir.
      Xətai rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış  hündürlüyü 5metr, çəkisi 3 ton olan Ulu Öndərin bürünc heykəli Tarsus şəhərinə göndərilmiş və parkda 3 metr hündürlükdə olan  mərmər postament üzərində ucaldılmışdır. Eyni zamanda heykəlin yaxınlığında  20 kv. m ölçülü  rəngli manitor quraşdırılmışdır. Manitorda Ulu Öndər Heydər Əliyevin Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlığına xidmət edən görüşləri, kəlamları, videoçarxlarının nümayiş etdirilməsi nəzərdə tutulur. Eləcə də, parkın ərazisində yaşıllıq örtüyünün salınması işləri aparılır, uşaqlar üçün nəzərdə tutulan əyləncə elementlərinin yerləşdirilməsi aprel ayının 20-dək başa çatdırılacaqdır. Həmçinin, Tarsus şəhər bələdiyyə məclisinin qərarı ilə Ulu Öndər Heydər Əliyevin adı verilmiş parkın girişlərində “Heydər Əliyev parkı” sözləri yazılmış  konstruksiyalar yerləşdirilmişdir.

 

Keçidlər