Xətai rayonunda birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar tədbir keçirilib.
Xətai Rayon İcra Hakimiyyətində “1-ci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr” mövzusunda rayon müşavirəsi keçrilib. Təbdir Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin birgə təşkilatçılığı ilə baş tutub.
Bu gün dünyada həm də idman məkanı kimi tanınan, idmana, olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi seçən Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Birinci Avropa Oyunlarının keçirilməsinə az vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, bu gün dünyada həm də idman məkanı kimi tanınan, idmana, olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi seçən Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Birinci Avropa Oyunlarının keçirilməsinə az vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. 2015-ci ildə Avropa ölkələri arasında tarixdə ilk dəfə Bakıda təşkil olunacaq Olimpiya Oyunlarına hazırlıq məqsədilə hər yerdə olduğu kimi Xətai rayonunda da genişmiqyaslı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığı ilə ən yüksək standartlara cavab verən müasir idman kompleksləri inşa edilir, mövcud idman obyektləri əsaslı şəkildə yenidən qurulur. Bu istiqamətdə Azərbaycanın birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın gördüyü işlər danışlmazdır. Ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qitənin bu nüfuzlu yarışlarıının bütün parametrlərinə görə ən yüksək səviyyədə baş tutması naminə inam və əzmkarlıqla çalışır.
Sonra 1-ci Avropa Oyunlarına hazırlıq çərçivəsində rayonda görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verildi. Bildirildi ki,avropa oyunlarına hazırlıq çərçivəsində rayonda, o cümlədən, Yusif Səfərov küçəsi, Nobel və Babək prospektlərində geniş abadlıq və quruculuq işləri aparılır.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev videogörüntülər əsasında “Bakı-2015” 1-ci Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı məlumat verdi.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Əməliyyatları üzrə obyektlərin qrup meneceri Karin Halifa isə idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmini istiqamətində görüləcək işlərdən danışdı. Daha sonra çıxış edənlər Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr barədə danışdılar.