Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda əhalinin müayinəsi davam edir

16 aprel 2015 | 10:00

Prezident İlham Əliyevin tapşırığına əsasən,  respublikamızın
hər yerində olduğu kimi,   Xətai rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi prosesi uğurla davam etdirilir. Fevralın 2-dən başlayan aksiyada bu günə kimi 114 minə yaxın sakin tibbi müayinədən keçib.
Xətai rayonundakı 38 saylı poliklinikada baş tutan növbəti aksiyada rayon sakinləri tibbin müxtəlif sahələri üzrə-rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçdilər. Əhalinin mütəşəkkil surətdə tibbi müyanidən keçməsi işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.
     Rayonda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təhciz edilib. Bu da sakinlərin lazımı qaydada müayinədən keçməsinə zəmin yaradır. 38 saylı poliklinikanın baş həkiminin müavini Reyhan Əkbərova bildirdi ki,səhiyyə ocağında sakinlərin müayinədən keçməsi üçün hər cür şərait yaradılıb. Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədilə
tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq rayon sakinləri tərəfindən də razılıqla qarşılanır.
    Əhalinin tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam edəcək.

Keçidlər