Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı bir qrup vətəndaşı qəbul etmişdir.

28 aprel 2015 | 10:00

28.04.2015-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bir qrup rayon sakinini qəbul etmişdir. Əsasən Cavanşir küçəsi, 8 ünvandan olan sakinlər qəzalı vəziyyətdə olan binalarında əhalinin köçürülməsi zamanı yaranmış bəzi problemlərin çözülməsində yardım göstərməyi, əlaqədar təşkilatlar qarşısında vəsadət qaldırmağı rayon rəhbərliyindən xahiş etmişlər. Vətəndaşlara bildirilmişdir ki, qaldırdıqları məsələ daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir və bundan sonar da nəzarətdə saxlanılacaq.
Başçı eləcə də vətəndaşların digər məsələlər- social-məişət və kommunal məsələrlə bağlı   müraciətlər  dinlənildi və bu məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi. Qəbulda həmçinin İcra Hakimiyyətinin müavinləri, şöbə müdirləri və digər məsul əməkdaşlar iştirak etmişdir.

Keçidlər