Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin 92 illiyi ilə bağlı tədbirlər davam etdirilir.

29 aprel 2015 | 10:00

Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun bir sıra təhsil müəsisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə silsilə tədbirlər keçirilib. Ulu öndərin adını daşıyan təhsil ocağında keçirilən tədbirdə  çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışdı. Bildirdi ki, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olundu, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edildi.
       Çıxışlarda qeyd olundu ki, ulu öndərin hakimiyyəti dövründə respublikamız ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazandı. Ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsi məhz Heydər Əliyev  əməyinin nəticəsidir.
       Tədbir məktəblilərin ifasında ədəbi- bədii kampazisiya ilə davam etdirildi.
       Rayonun 204 saylı orta məktəbində keçirilən tədbirdə isə iştirakçılar əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar. Tədbirdə bildirildi ki, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb.  Əsası ulu öndər tərəfindən qoyulan  siyasət   bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Tədbir çərçivəsində məktəblilərin ifasında ədəbi- bədii kampazisiya nümayiş olundu.
       Sonda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film göstərildi.

Keçidlər