Xətai rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının nümayəndələri Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə Xətai rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının nümayəndələri Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar foto və video materiallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir.
Muzeyin bələdçisi ziyarətçilərin diqqətinə çatdırdı ki, Heydər Əliyev Mərkəzi dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi məqsədi ilə yaradılıb. Mərkəz ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayacaq beynəlxalq səviyyəli tədbirlərin, müxtəlif konfransların, sərgilərin və görüşlərin keçirilməsinə geniş imkanlar yaradır.
Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək keçdiyi ömür yolu ilə yanaşı müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələrdə rolu barədə məlumatlar da çatdırdı.
Mərkəzin “Mini Azərbaycan” sərgi zalı ilə bağlı bidirildi ki, bu layihə Bakıda və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ziyarətçilər mərkəzdən zəngin təəssüratlarla ayrıldılar.