Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Xətai rayonu 171 saylı orta məktəbdə Böyük Vətən Müharibəsi veteranları ilə görüş keçirilib.

01 may 2015 | 10:00

Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə  çıxış edən Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva İkinci dünya mühasribəsində  faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan övladlarının göstərdiyi qəhrəmanlıqdan danışdı.Qeyd etdi ki,  dünyanın  faşizm taunundan xilas edilməsində misilsiz döyüş rəşadəti göstərən müharibə veteranları hər cür qayğı və diqqətə, hörmət və ehtirama layiqdirlər. Müstəqilliyin ilk illərində müharibə veteranlarına göstərilən ögey münasibətdən söz açan  icra başçısının müavini  məhz ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onların cəmiyyətdəki mövqeyinin yenidən yüksəldiyini, bütün status və imtiyazlarının bərpa olunduğunu diqqətə çatdırdı.Tədbirdə qeyd olundu ki, bu qəbildən olan insanların sosial problemlərinin həllinə dövlət qayğısı ildən-ilə artır. Dövlət başçısı İlham Əliyevin  diqqət və qayğısı sayəsində onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Bu qəbildən olan insanları ən çox sevindirən hallar dövlət başçısının son dövrlərdə onların sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması, pensiya müavinətlərinin artırılması sahəsində verdiyi sərəncam və tapşırıqlardır. Çıxış edən müharibə veteranları son dövürdə iqtisadiyyatın bütün sahələrində əldə olunan nailiyyətlərdən danışıb, onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq etdilər.Tədbirin sonunda məktəblilərin ifasında ədəbii-bədii kampazisiya nümayiş olundu.

Keçidlər